Naftalan şəhər uşaq musiqi məktəbində Xocalı faciəsinin iyirmi səkkizinci ildönümü ilə bağlı anım tədbiri keçirilib
27 fevral 2020 | 02:00
Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə məktəbin direktoru çıxış edərək tədbir iştirakçılarına Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olan Xocalı faciəsi haqqında ətraflı məlumat verib.
Tədbirdə məktəbin şagirdlərinin hazırladığı “Parçalandı Xocalım ” adlı ədəbi-bədii kompazisiya dinlənilib və sonda Xocalı faciəsinə həsr olunmuş film nümayiş etdirilib.
![]() |
![]() |