Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Qarabağ müharibəsi veteranlarının müraciətləri əsasında onlarla görüşüb
Görüşdə icra başçısı Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən Qarabağ müharibəsi əlillərinə və veteranlarına göstərilən diqqət və qayğıdan söz açıb. Şəhər rəhbəri müharibə əlilləri və şəhid ailələrinin, müharibə veteranlarının xalqımız qarşısında böyük xidmətləri olduğunu və həmin kateqoriyalardan olanlara cəmiyyətimizdə daim yüksək hörmət və ehtiram göstərildiyini, eyni zamanda, onların dövlətin etibarlı sosial müdafiə sistemi ilə əhatə edildiyini vurğulayıb.
Qarabağ müharibəsi əlilləri və veteranları tərəfindən qaldırılmış məsələlərin bəziləri yerində həll edilib, bəzilərinin həlli üçün isə aidiyyəti üzrə tapşırıqlar verilib.
Qarabağ müharibəsi əlilləri və veteranları müraciətlərinə operativ yanaşıldığına, diqqət və qayğı ilə əhatə olunduqlarına görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
|
|
|
|