Naftalan şəhər turizm brendinin yaradılması ilə bağlı seminar keçirilib
Naftalan Şəhər İcra Hakimiyyəti, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun birgə təşkilatçılığı ilə “Naftalan brendinin/markasının ilkin hazırlığı” ilə bağlı seminar keçirilib.
Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, ŞİH Başçısı aparatının məsul nümayəndələri, Azərbaycan Turizm Bürosunun sədri Florian Sengstschimid, Dövlət Turizm Agentliyinin kordinatoru Müsalim Əfəndiyev, Dövlət Turizm Agentliyinin Gəncə Regional Destinasiya Menecmenti Təşkilatının direktoru Zaur Bayramov və şəhərdə fəaliyyət gostərən sanatoriya-kurort müəssisələrinin rəhbərləri iştirak ediblər.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov seminarı açaraq qonaqları salamlayıb, şəhərin mövcud turizm potensialı barədə onlara ətraflı məlumat verib. Həmçinin Naftalan brendinin formalaşması ilə bağlı aparılacaq müzakirələrin, veriləcək təkliflərin Naftalanda turizmin gələcək inkişafı baxımından müsbət və faydalı olacağanı qeyd edərək seminarın işinə uğurlar arzulayıb.
Azərbaycan Turizm Bürosunun sədri Florian Sengstschimid seminarda mövzu ilə bağlı çıxış edib və Naftalan şəhər turizm brendinin yaradılmasını işini yüksək qiymətləndirib.
Seminarda Naftalan şəhər turizm brendinin yaradılması ilə bağlı geniş müzakirələr aparılıb və gələcək addımlar barədə qərarlar qəbul edilib.