19 fevral 2020-ci il tarixdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov şəhərin Qurban Namazəliyev adına yaşayış məhəlləsində yaşayan sakinlərlə növbəti səyyar görüşünü keçirib
Təşkil olunan görüşdə ŞİHB aparatının məsul işçiləri, ŞİHB-nin 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və sözügedən məhəllənin sakinləri iştirak ediblər.
Səyyar qəbulda şəhər rəhbəri Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, eləcə də vətəndaşlara göstərdiyi diqqət və qayğı barədə geniş məlumat verərək qeyd edib ki, ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən belə görüşlərin əsas məqsədi əhalini narahat edən problemləri öyrənmək və tez bir zamanda həllinə nail olmaqdır.
Qəbulda ayrı-ayrı sahələrə dair sakinlər tərəfindən səsləndirilən bır sıra məsələlər yerindəcə həllini tapıb. Digər problemlərin həlli tapşırıq əsasında aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.
Sakinlər qəbuldan məmnunluqlarını ifadə edərək ölkədə, o cümlədən Naftalan şəhərində həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.