Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan Şəhər İcra Hakimiyyəti başçısının növbəti vətəndaş qəbulu keçirilib

17 fevral 2020 | 16:00

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovun 17 fevralda keçirilən növbəti vətəndaş  qəbulunda fərdi olaraq  35 nəfərədək vətəndaşın müraciəti dinlənilib.
      Şəhər rəhbəri qəbul zamanı vətəndaşların problem və istəklərini  dinləmiş, müraciətlərin bir qismi yerində həll edilmiş, bəzi müraciətlərin həlli üçün müvafiq göstəriş verilmişdir.
    Qəbula gələnlər məmnunluqlarını ifadə edərək ölkədə, o cümlədən Naftalan şəhərində həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə möhtərəm cənab Prezident İlham Əliyevə və  Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər