Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə turistlərin rahatlığı üçün növbəti innovativ addım

14 fevral 2020 | 16:00

Naftalanın kurort şəhəri kimi keçmiş şöhrətini qaytarmasının və yeni məzmunda inkişafının əsasını möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamlar, Naftalanda aparılan islahatlar və qarşıya qoyulan vəzifələrin icrası təşkil edir.
    Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovun təşəbbüsü ilə şəhərdə fəaliyyət göstərən “Gözəl Naftalan” MMC-nin dəstəyi ilə şəhərə gələn turistlərin məmnunluğunu təmin etmək üçün  daha bir yeni layihə - Azərbaycanda ilk pilot-layihə “Naftalan 24/7” satıcısız mağazanın təqdimatı keçirilib.
     Bu gün Naftalanda turizmin inkişafı və turistlərin rahatlığı üçün əlverişli şərait yaradılıb. Hazırda  şəhərdə geniş abadlıq-quruculuq işləri və müasir səviyyəli sanatoriyaların tikintisi  davam etdirilir. Naftalan beynəlxalq turizm mərkəzinə çevrilib.
    2019-cu ildə  Naftalana gələn turistlərin sayı əvvəlki illərlə  müqayisədə artaraq  40 min nəfərə çatmışdır. Onların 40 faizi  xarici turistlərin payına düşür. Bu statistika müstəqillik illərində qeydə alınan ən yüksək göstəricidir. Görülən işlərlə yanaşı turistlərin rahatlığını təmin etmək və onları narahat edə biləcək  problemlərin həlli  paralel aparılır və turistlərin rahatlığı üçün innovativ addımlar atılır.
    Bu tip layihələr artıq xaricdə bir neçə ölkədə mövcud olsa da Azərbaycanda ilk dəfə Naftalan şəhərində həyata keçirilir. “Naftalan 24/7” satıcısız mağazanın açılması həm yerli sakinlər, həm də xarici turistlər üçün maraqlı olacaq, onlar arasında rəğbət qazanacaq, ticarətdə insanlarımız üçün yeni bir addım və yeni konsept olacaq.
    Mağazada turistlərin daha çox ehtiyac duyduğu 20-yədək ilk tələbat malları satışa çıxarılıb. Həmçinin “Naftalan məlhəmi” MMC-nin diş pastaları, kremləri, yağları, şampunları, sabunları və digər məhsulları da satışa çıxarılan mallar arasında yer alıb.
     Mağazanın uzun müddətli fəaliyyət göstərməsi və gələcəkdə Naftalanın bir neçə yerində açılması nəzərdə tutulub.

 

Keçidlər