Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Qarabağ müharibəsi əlilləri və veteranlarının müraciətləri əsasında onlarla görüşüb
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Qarabağ müharibəsi əlilləri və veteranlarının müraciətləri əsasında onları qəbul edib, istəklərini dinləyib.
Görüşdə icra başçısı Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən Qarabağ müharibəsi əlillərinə və veteranlarına göstərilən diqqət və qayğıdan söz açıb. Qeyd edib ki, bugün ölkəmizdə Qarabağ müharibəsi əlillərinin və veteranlarının sosial müdafiəsinin gücləndirilməsinin və rifah halının yaxşılaşdırılması möhtərəm cənab Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin əsas istiqamətlərindən biridir.
Qarabağ müharibəsi əlilləri və veteranları tərəfindən qaldırılmış məsələlərin bəziləri yerində həll edilib, bəzilərinin həlli üçün isə aidiyyəti üzrə tapşırıqlar verilib.
Qarabağ müharibəsi əlilləri və veteranları müraciətlərinə operativ yanaşıldığına, diqqət və qayğı ilə əhatə olunduqlarına görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.