"Talassemiyasız həyat naminə" mövzusunda tədbir keçirilib.
Bu gün Naftalan şəhərində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə YAP Naftalan şəhər təşkilatı Gənclər Birliyi, Gənclərin Töhvəsi İctimai Birliyi və "Savab Dünyası" talassemiya asossiyasının birgə layihəsi olan "Talassemiyasız həyat naminə" adlı tədbir keçirilmişdir. Tədbirdə talassemiya ilə bağlı şəhər gəncləri maarifləndirilmiş və bir çox maraqlı məqamlara toxunulmuşdur. Eyni zamanda gənclərimizi maraqlandıran bir sıra suallar layihənin rəhbəri olan Gülgün Abbasova və eksperti Gülxar Abbasova tərəfindən cavablandırılmışdır. Tədbir iştirakçılarına hədiyyələr və bukletlər paylanılmışdır. Sonda layihə rəhbəri Gülgün Abbasova və eksperti Gülxar Abbasova tədbirin keçirilməsində göstərdiyi diqqət və qayğıya görə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı cənab Natiq Aslanova və YAP Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayevə öz minnətdarlığını bildirmişlər.