Naftalan Şəhər İcra Hakimiyyəti başçısının növbəti vətəndaş qəbulu keçirilib
10 fevral 2020 | 16:00
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovun 10 fevralda keçirilən növbəti vətəndaş qəbulunda fərdi olaraq 35 nəfərədək vətəndaşın müraciəti dinlənilib.
Şəhər rəhbəri qəbul zamanı vətəndaşların problem və istəklərini dinləmiş, müraciətlərin bir qismi yerində həll edilmiş, bəzi müraciətlərin həlli üçün müvafiq göstəriş verilmişdir.
Qəbula gələn sakinlər Naftalana və naftalanlılara göstərdiyi yüksək dəstək və qayğıya görə ölkə başçısı möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.