“2 Fevral – Gənclər Günü”nə həsr olunmuş idman yarışında Naftalan şəhər idmançıları da iştirak ediblər
03 fevral 2020 | 16:00
2 fevral 2020-ci il tarixdə budo idman növü üzrə Bərdə rayonunda keçirilən açıq rayon birinciliyində Naftalan şəhər idmançıları da iştirak ediblər. “2 fevral - Gənclər günü” nə həsr olunmuş yarışda iştirak edən idmançılarımızdan 8 nəfər I yerə, 1 nəfər II yerə, 1 nəfər isə III yerə layiq görülüblər.
İdmançılarımızı bu uğurları münasibəti ilə təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq.