Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Naftalan Bələdiyyəsinin inşa olunan yeni inzibati binasına baxış keçirib
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı cənab Vüqar Novruzov Naftalan Bələdiyyəsinin yeni inzibati binasının mövcud vəziyyəti ilə tanış olub.
Naftalan Bələdiyyəsinin sədri Elman Verdiyev binanın mövcud vəziyyəti ilə bağlı icra başçısına ətraflı məlumat verərək bildirib ki, inzibati binada da son tamamlanma işləri görülür.
Şəhər rəhbəri bələdiyyənin işinin təkmilləşdirilməsi və səmərəli fəaliyyəti üçün binada aparılan işlərin sürətləndirilməsi və qısa müddət ərzində qalan işlərin yekunlaşması ilə bağlı tapşırılarını verib. Eyni zamanda paralel olaraq binanın ətrafında da abadlıq-quruculuq işləri nin aparılması vurğulanıb.
Qeyd edək ki, hazırda Naftalan bələdiyyəsi uyğunlaşdırılmış qaydada İ.Həsənzadə küçəsi 23 nömrəli nömrəli çoxmənzilli yaşayış binasının qeyri-yaşayış sahəsində icarə əsasında fəaliyyət göstərirdi.