Naftalan Şəhər İcra Hakimiyyəti başçısının növbəti vətəndaş qəbulu keçirilib
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovun 27 yanvarda keçirilən növbəti vətəndaş qəbulunda fərdi olaraq 50 nəfərə yaxın vətəndaşın müraciəti dinlənilib.
Sakinlər tərəfindən qaldırılan müxtəlif məzmunlu müraciətlərdən həlli vacib və mümkün olan məsələlər yerindəcə həll olunub, müəyyən vaxt tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.
Müraciətlərin hər biri qeydiyyata alınaraq icrası nəzarətə götürülüb.
Qəbula gələnlər şəhər rəhbərinə səmimi qəbula görə razılıqlarını bildirərək, Naftalan və naftalanlılara göstərdiyi dəstək və qayğıya görə ölkə başçısı möhtərəm cənab Prezident İlham Əliyevə və I vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıq ediblər.