Şəhər İcra Hakimiyyətinin başçısı 08, 09, 14, 15, və 19 nömrəli çoxmənzilli yaşayış binalarının sakinləri ilə görüşdü.
Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov növbəti səyyari görüşünü 08, 09, 14, 15, və 19 nömrəli çoxmənzilli yaşayış binalarının sakinləri ilə keçirib. Həmişə olduğu kimi bu görüşdə də şəhər rəhbəri ilə yanaşı, şəhər icra hakimiyyətinin məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri də iştirak edirdi.
Qəbula gələn vətəndaşlar şəhərdə su-kanalizasiya işləri ilə əlaqədar yolların qazılmış hissələrinə müvəqqəti olaraq narın qum-çınqıl verilməsinə, yaşadığı mənzilin istilik xəttində yaranmış problemin aradan qaldırılmasına, şəhərdə yeni istifadəyə verilmiş körpələr evi-uşaq baxçasında işlə təmin olunmasına köməklik göstərilməsini xahiş etmişlər.
Görüş zamanı şəhər sakinləri tərəfindən qaldırılan problemlərin bəziləri elə yerindəcə həll olunmuş, qeyd olunan bütün məsələlərin nəzarətli qaydada, qısa müddət ərzində həll olunması məqsədilə aidiyyatı üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə konkret tapşırıqlar verilmişdir. Daha sonra şəhər İcra Hakimiyyətinin başçısı şəhərdə bir çox sahələrdə aparılan əsaslı təmir işləri ilə tanış olmuş və iş icraçılarına tapşırıqlar vermişdir