Naftalan Şəhər İcra Hakimiyyəti Başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncaqları keçirilmişdir
Naftalan Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi və Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncaqları keçirilmişdir.
Keçirilən iclaslarda hesabat məruzələri dinlənilmiş, hesabat məruzələri ətrafında müxtəlif sahələri əhatə edən xidmət təşkilatlarının rəhbərləri çıxış etmişlər.
İclaslarda çıxış edən Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə şəhərimizin daha da inkişaf etdiyini, şəhərimizdə 200 yerlik Körpələr evi - uşaq bağçasının inşa olunduğunu, şəhərimiz inkişaf etdikcə turizm potensialının daha da gücləndiyini, yeni turizm obyektlərinin tikintisinin davam etdirildiyini və digər sahələrlə bağlı görüləcək işləri geniş vurğuladı.
Hesabat məruzələrindən sonra sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı icra nümayəndəliklərinin və əlaqədar qurumların rəhbərlərinə tapşırıqlar verilmiş, onların həlli nəzarətə götürülmüşdür.
Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılıb.