Naftalanda ailə, qadın və uşaq məsələləri ilə bağlı vətəndaş qəbulu keçiriləcək
21 yanvar 2020 | 16:00
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva yanvarın 27-də saat 12:00-da Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək. Qəbulda Naftalan, Mingəçevir, Yevlax, şəhərlərinin və Goranboy, Xocalı rayonlarının sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edə bilərlər.
Qəbulda iştirak etmək istəyən şəxslər (012) 498-00-92 nömrəsi ilə əlaqə saxlaya bilərlər.