Naftalan şəhər V.Namazov adına Körpələr evi-uşaq bağçasında 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
Naftalan şəhər V.Namazov adına Körpələr evi-uşaq bağçasında 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə Körpələr evi-uşaq bağçasının müdiri Kəmalə Hüseynova çıxış edərək qeyd etdi ki, bu cür tədbirlərin keçirilməsində məqsəd gənc nəslə vətənpərvərlik hissini aşılamaq və onları bu istiqamətdə maarifləndirməkdir. O,qeyd edib ki, “20 Yanvar” hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsada bu hadisə milli tariximizin ən şanlı səhifələrindən birini təşkil edir. Bu hadisə milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhalinin qəhrəmanlığıdır. Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilmişdir. Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixində mühüm mərhələ olmuş 20 Yanvar faciəsi qurbanlarının xatirəsi hər zaman ehtiramla yad olunacaqdır.
Anım tədbirində uşaqların ifasında faciə qurbanlarına həsr olunmuş şeirlər,kompozisiyalar təqdim olunub, film nümayiş etdirilib.