Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı şəhərdə fəaliyyət gostərən turizm obyektlərinin rəhbərləri ilə görüşüb
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Naftalanda fəaliyyət gostərən sanatoriya-kurort müəssisələrinin rəhbərləri ilə görüş keçirib.
İcra başçısı görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sahibkarlığın inkişafı üçün həyata keçirilən işlərdən ətraflı danışıb və sahibkarların fəaliyyətinə daim diqqət və qayğı göstərilməsinin vacibliyini qeyd edib. Bu səbəbdən də sahibkarlarla görüşməyi, təklif və arzularını dinləməyi vacib olduğunu vurğulayıb.
Görüşdə çıxış edənlər sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ölkədə, o cümlədən Naftalan şəhərində də münbit şəraitin olduğunu və sahibkarlara göstərilən diqqət və qayğıya görə möhtərəm cənab Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
Görüşə yekun vuran şəhər rəhbəri bildirdi ki, Naftalan neftinin dünya brendi kimi tanınması və şəhərin turizm mərkəzi kimi daha da inkişaf etməsi üçün hər cür dəstək göstəriləcəkdir.
Şəhər rəhbəri vurğuladı ki, möhtərəm cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Naftalanın keçmiş şöhrəti bərpa edilir. Naftalan vaxtilə Ümumittifaq turizm mərkəzi idi. Bu gün bunu beynəlxalq turizm mərkəzinə çeviririk. Göründüyü kimi, şəhərimiz özünün inkişafının yeni mərhələsinə qədəm qoyub. Burada aparılan hər bir tikinti, quruculuq işi Naftalan kurortunun şöhrətini özünə qaytarır, müasir kurort şəhərinə çevirir.