Naftalan Şəhər İcra Hakimiyyəti işçiləri üçün xarici dil kursları təşkil olunub
Məlum olduğu kimi Naftalan dünya şöhrətli kurort şəhəridir. Ötən il şəhərə dünyanın 61 ölkəsindən turistlər gəlib. Bu səbəbdən də Naftalan Şəhər İcra Hakimiyyəti Başçısı aparatı işçilərinin bilik və bacarıqlarının artırılması istiqamətində aparılan işlərin tərkib hissəsi kimi onların xarici dil biliklərinin artırılmasının xüsusi önəmi vardır.
Bu məqsədlə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovun təşəbbüsü ilə şəhər İcra Hakimiyyəti aparatı işçiləri üçün 3 aylıq ekspress ingilis dili kursu təşkil olunmuşdur.
Kurslarda əsasən İcra Hakimiyyəti aparatının gənc əməkdaşları iştirak edir.
Gələcəkdə rus dili kursununda təşkil olunması nəzərdə tutulmuşdur.