Naftalanda icbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbir keçirilib
Naftalan şəhəri 1 nömrəli tam orta məktəbin akt zalında icbari tibbi sığortaya keçidlə əlaqədar maarifləndirici tədbir keçirilib. Şəhər İcra Hakimiyyətinin və İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə şəhər ictimaiyyəti iştirak edib.
Tədbirdə şəhər icra hakimiyyəti başçısının müavini Afət Cabbarova, şəhər mərkəzi xəstəxanasının direktoru Orxan Bağızadə, Agentliyin Gəncə filialının rəhbəri Azər Dəmirov və İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin marketinq və tədbirlər şöbəsinin məsləhətçisi Elvin Abbasov çıxış edərək icbari tibbi sığortanın əsas mahiyyətindən danışıb və bunun ölkəmizdə tətbiqinin səhiyyə sisteminin inkişafı üçün əhəmiyyət kəsb etdiyini bildiriblər.
Sonda tədbir iştirakçıları tərəfindən verilmiş suallar cavablandırılıb.