Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı şəhərdəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzində olub

10 yanvar 2020 | 16:00

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı cənab Vüqar Novruzov  şəhərdəki əsaslı təmir və yenidənqurmadan sonra yeni istifadəyə verilmiş Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzindəki  yaradılan şəraitlə tanış olub, burada reablitasiya alan əlilliyi olan şəxslərlə görüşüb və onların  qayğıları ilə maraqlanıb.
    Mərkəzin baş həkimi Pərvanə Abdurəhmənova şəhər rəhbərinə mərkəzin fəaliyyəti və yaradılmış şərait barədə ətraflı məlumat verib. Bildirib ki, otaqların hər birində  bu kateqoriyadan olan vətəndaşların  rahatlığı üçün lazımi şərait yaradılıb.
      İcra başçısı qeyd edib ki, əlilliyi olan şəxslər üçün belə müasir tələblərə uyğun reabilitasiya müəssisəsinin istifadəyə verilməsi cənab  Prezident İlham Əliyevin və I Vitse-Prezident Mehriban xanım Əliyevanın bütün vətəndaşlara, o cümlədən əlilliyi olan şəxslərə göstərdiyi xüsusi qayğının bir təzahürüdür və eyni zamanda, dövlət başçısının tapşırıqlarına əsasən, ölkədəki bütün  reabilitasiya mərkəzlərində müasir tələblərə uyğun şərait yaradılır.
     Şəhər rəhbərinin onlara baş çəkməsindən razılıqlarını bildirən əlilliyi olan şəxslər ildən-ilə gücləndirilən sosial müdafiə tədbirlərinə, eləcə də bu kateqoriyadan olan vətəndaşların sağlamlıqlarının bərpası, reabilitasiya infrastrukturunun müasirləşməsi sahəsində aparılan mühüm işlərə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

 

Keçidlər