Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı 2020-ci ilin ilk səyyar görüşünü şəhərin 8,9,14 və 15 nömrəli çoxmənzilli yaşayış binalarının sakinləri ilə keçirib

08 yanvar 2020 | 16:00

Əhalinin qaldırdığı məsələlərin operativ şəkildə həll olunması  məqsədi ilə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı cənab Vüqar Novruzov  vətəndaşlarla yeni ildə ilk  səyyar görüşünü şəhərin 8,9,14 və 15  nömrəli çoxmənzilli yaşayış binalarının sakinləri ilə  keçirib.
    Təşkil olunan  görüşdə ŞİHB aparatının məsul işçiləri, ŞİHB-nin 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Bələdiyyə, xidmət təşkilatlarının rəhbərləri  və sözügedən binaların sakinləri iştirak ediblər.
    Səyyar qəbulda şəhər rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, eləcə də vətəndaşlara göstərdiyi diqqət və qayğı barədə geniş məlumat verərək qeyd edib ki, ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən belə görüşlərin əsas məqsədi sizlərin problemlərini öyrənmək və tez bir zamanda həllinə nail olmaqdır.
     Ayrı-ayrı sahələrə dair vətəndaşlar tərəfindən irəli sürülən bir sıra müraciətlər  yerindəcə həllini tapıb. Digər problemlərin həlli tapşırıqlar əsasında aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb.
      Vətəndaşlar  qəbuldan məmnunluqlarını ifadə ediblər. Eyni zamanda cənab Prezidentin Naftalan şəhərinin inkişafına və naftalanlılara göstərdiyi xüsusi diqqət və qayğını gündəlik həyatlarında hiss etdiklərini vurğulayıblar.

 

Keçidlər