Naftalan Şəhər İcra Hakimiyyəti başçısının 2020-ci ilin ilk vətəndaş qəbulu keçirilib
07 yanvar 2020 | 16:00
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovun 07 yanvarda keçirilən yeni ilin ilk vətəndaş qəbulunda fərdi olaraq vətəndaşların müraciətləri dinlənilib. Vətəndaşların müxtəlif məzmunlu müraciətlərini diqqətlə dinləyən şəhər rəhbəri həlli vacib və mümkün olan problemlərin dərhal, digərlərinin isə araşdırılaraq qanunamüvafiq formada aradan qaldırılması üçün aidiyyəti üzrə tapşırıqlar verib.
Bütün müraciətlər qeydiyyata alınaraq icrası nəzarətə götürülüb.