Ağacəkmə kampaniyası keçirildi.
Naftalanın sanatoriya-kurort şəhəri olmasını nəzərə alaraq şəhərdə kurort iqliminin daha da yaxşılaşdırılması, eləcə də şəhər ərazisində təmiz ekoloji mühitin yaradılması məqsədilə növbəti ağacəkmə kampaniyasına start verilib. Aksiya zamanı şəhərin giriş hissəsində yolun kənarında xüsusi təyin olunan sahədə 700 ədəd eldar şamı əkilib. Şəhərin yerli təşkilatların nümayəndələri də bu təşəbbüsə qoşularaq, ağacəkmə kampaniyasında həvəslə iştirak ediblər.
Yeni əkilmiş ağacların suvarılması üçün xüsusi su maşınları cəlb olunub. Ağacların dibləri bərkidilib və suvarılıb. Əkilən yeni ağaclara hər həftə aqrotexniki qulluq edilməsi aidiyyatı təşkilata tapşırılıb. Eyni zamanda əkilən ağacların qorunması üçün diblərinə reykalar basdırılıb.
Şəhər ərazisində yaşıllıqların sayının artırılması istiqamətində keçirilən bu aksiya gələcəkdə də davam etdiriləcək.