Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Qarabağ əlili ilə görüşüb

31 dekabr 2019 | 16:00

   Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Qarabağ müharibəsi əlili Yaməddin Dəmirov ilə görüşüb. Şəhər İcra Hakimiyyətinin başçısı Dünya Azərbaycanlılarının Həmrəylik günü  və Yeni il bayramı münasibəti ilə onu və ailəsini təbrik edib.Qarabağ müharibəsi əlilinə şəhər İcra Hakimiyyətinin müraciəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən əlil arabası təqdim edilib.Həmçinin Qarabağ müharibəsi əlilinə şəhər İcra Hakimiyyəti tərəfindən Yeni il bayramı münasibəti ilə bayram sovqatı təqdim edilib.
    Yaməddin Dəmirov həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə görə ölkə rəhbərliyi,cənab Prezident İlham Əliyevə və I Vitse Prezident Mehriban xanım Əliyevaya mərhəmət və qayğı göstərdiklərinə görə sonsuz minnətdarlığını bildirib.
      Şəhər rəhbəri şəhid ailələlərinə, əlillərə və aztəmnatlı ailələrə dövlət tərəfindən qayğının hər zaman prioritet məsələlərdən biri olmasını qeyd edib.

 

Keçidlər