Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) nümayəndə heyəti Naftalanda.
22 noyabr 2013 | 16:00
21 noyabr 2013-cü il tarixdə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) 6 nəfərdən ibarət nümayəndə heyəti Naftalan şəhərinə işgüzar səfər edib. İşgüzar səfərin məqsədi əvvəlki kəhrizlərin bərpası layihəsinin qiymətləndirilməsini və əldə olunmuş nailiyyətlərlə birbaşa tanışlığı təmin etməkdən ibarət olub.
İlk olaraq qonaqlar şəhər İcra Hakimiyyətində şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanovla görüşüb və şəhərdə bərpa edilmiş kəhrizlərə bağlı müzakirələr aparılıb. Daha sonra şəhərdə bərpa edilmiş kəhrizlərə yerində baxış keçirilmişdir.