Naftalan şəhərində cənab Prezident İlham Əliyevin “Azərbaycan bundan sonra da müstəqillik və inkişaf yolu ilə gedəcək” mövzusunda yerli jurnalistlərə ilin yekunu ilə bağlı verdiyi müsahibəsi ilə əlaqədar maarifləndirici tədbir keçirilib
28 dekabr 2019-cu il tarixdə şəhər 1 nömrəli tam orta məktəbin akt zalında keçirilən maarifləndirici tədbirdə Naftalan Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul işçiləri, şəhərin idarə,müəssisə və təşkilatlarının, şəhər ictimaiyyətinin nümayəndələri, şəhər Təhsil şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədov açaraq iştirakçılara tədbirin mahiyyəti barədə ətraflı məlumat verib.
Naftalan Şəhər İcra Hakimiyyəti Başçısı aparatında ərazi idareətmə və yerli özünüidarəetmə orqanları ilə işin aparıcısı, baş məsləhətçi Möhübbət Bədəlov cənab Prezident İlham Əliyevin yerli jurnalistlərə ilin yekunu ilə bağlı verdiyi müsahibəsi ilə əlaqədar geniş çıxışında ölkəmizdə müstəqillik və inkişaf yolunda, xarici siyasətdə görülmüş işlər ictimaiyyətin nümayəndələrinə ətraflı izah edib.
Mövzu ətrafında şəhər Təhsil şöbəsinin müdiri Rəna Dəmirova, 2 nömrəli tam orta məktəbin tarix müəllimi, əməkdar müəllim Sədrəddin Muradov və Gəncə Regional Mədəniyyət idarəsinin Naftalan şəhəri üzrə nümayəndəsi Zöhrab Adıgözəlov çıxış ediblər.
Tədbirdə cənab Prezident İlham Əliyevin 2019-cu ilin yekunları ilə əlaqədar jurnalistlərin bütün suallarının cavablandırılması geniş şərh edilib.