Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı körpə fidanların bayram şənliyində iştirak etdi

27 dekabr 2019 | 16:00

  Naftalan şəhər V.Namazov adına Körpələr evi-uşaq bağçasında “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü”  və  “Yeni il” bayramı münasibəti ilə bayram şənliyi keçirilib.
     Körpələr evi-uşaq bağçasının müdiri Kəmalə Hüseynova tədbiri açıq elan edərək gələcəyimiz  olan uşaqlara cansağlığı, xoşbəxt  həyat, sevinc dolu günlər və vətənə layiqli övlad olmalarını arzulayıb. Şəhər rəhbərinin bugünkü bayram şənliyində iştirakını yüksək qiymətləndirən bağça müdiri bu iştirakın uşaqlara olan sonsuz qayğının əyani təzahürü olduğunu bildirib.
      Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı cənab Vüqar Novruzov çıxış edərək “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü”  və  “Yeni il bayramı” münasibəti ilə uşaqlara və bağçanın kollektivinə ən xoş təbriklərini çatdırıb. İcra başçısı qeyd edib ki, ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin müəyyənləşdirdiyi dövlət uşaq siyasəti bu gün də cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
     Daha sonra uşaqların ifasında  mahnılar, eləcə də nümayiş etdirilən milli və xarici rəqs nömrələri  alqışlarla qarşılanıb, uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
       Sonda uşaqlara yeni il hədiyyələri  təqdim olunub və xatirə şəkli çəkdirilib.

 

Keçidlər