Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vətəndaşların şifahi müraciətləri əsasında vətəndaşları qəbul edib
Hər zaman sakinlərin qayğı və problemləri ilə maraqlanan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov rəsmi qəbul günlərindən əlavə vətəndaşların müraciətləri əsasında növbəti qəbul keçirib.
Şəhər rəhbəri qəbul zamanı 15 nəfərədək vətəndaşın problem və istəklərini dinləmiş, müraciətlərin bir qismi yerində həll edilmiş, bəzi müraciətlərin həlli üçün müvafiq göstəriş verilmişdir.
Qəbula gələn aztəminatlı ailələrə şəhər İcra Hakimiyyəti tərəfindən Yeni il bayramı münasibəti ilə bayram sovqatları təqdim edilib.
Qəbulda olanlar əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, onlara göstərilən diqqət və qayğıya görə həmçinin kurort şəhəri olan Naftalanda abadlıq –quruculuq işlərinin sürətlənməsinə görə cənab Prezident İlham Əliyevə və I Vitse-Prezident Mehriban xanım Əliyevaya sonsuz hörmət və minnətdarlıqlarını bildiriblər.
Həmçinin vətəndaşlar son zamanlar Naftalanda müraciətlərinə operativ və fərdi qaydada yanaşıldığına görə təşəkkür ediblər.