6, 7, 11 və 18 nömrəli çoxmənzilli yaşayış binalarının sakinləri ilə səyyar görüş keçirildi.
Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov növbəti səyyari görüşünü şəhərin 6,7,11 və 18 nömrəli çoxmənzilli yaşayış binalarının sakinləri ilə keçirdi. Səyyar qəbulda şəhər İcra Hakimiyyətinin məsul işçiləri, hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərlərinin iştirakı da təmin olunmuşdur.
Qəbula gələn vətəndaşlar ilk öncə qış mövsümünün gəlişi ilə əlaqədar istilik enerjisi ilə təmin olunduqlarına və onlar üçün yaradılan bu şəraitə görə dövlət başçısına öz təşəkkürlərini bildirdilər. Qeyd olundu ki, hər hansı bir problemin baş verməməsi məqsədilə bütün mənzillərdə istilik qızdırıcılarına baxış keçirildikdən sonra şəhərdəki 3 qazanxana tam gücü ilə işə salınıb və hazırda bütün abonentlər fasiləsiz olaraq istilik enerjisi ilə təmin olunur.
Daha sonra vətəndaşların problemləri dinlənildi. Qaldırılan məslələr əsasən işlə təmin olunma, yağış sularının axıdılması sistemində yaranmış problem və abadlıq işləri ilə əlaqədar olmuşdur. Sakinlər tərəfindən qaldırılan problemlərin tez bir zamanda həll olunması üçün aidiyyatı üzrə xidmət təşkilatlarının rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Şəhər İcra Hakimiyyətinin başçısı 01 nömrəli çoxmənzilli yaşayış binasında, su və kanalizasiya sistemində aparılan əsaslı təmir işləri ilə tanış olmuş, iş icraçılarına öz tapşırıq və tövsiyələrini vermişdir.