Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı qazılması nəzərdə tutulan yeni subartezian quyusunun yerinə baxış keçirib

26 dekabr 2019 | 16:00

Son illər ölkəmizdə əkin sahələrinin suvarma suyu ilə təminatının daha da yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı çoxsaylı Sərəncamlara əsasən istər paytaxt Bakıda, istərsə də respublikanın digər regionlarında əhalinin içməli və suvarma suyuna olan tələbatının ödənilməsi sahəsində irimiqyaslı işlərin görülməsi bunun bariz nümunəsidir.
    Naftalan  Şəhər  İcra  Hakimiyyətinin  başçısı  cənab  Vüqar Novruzov   şəhərin Qasımbəyli kəndində əhalinin suvarma və texniki suya olan tələbatını ödəmək məqsədi ilə 2020-ci ildə qazılması nəzərdə tutulan yeni subartezian quyusunun yerinə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin məsul əməkdaşları Rauf Teyyubov, Fazil Pənahov və digərlərinin iştirakı ilə baxış keçirmişlər.
    Qeyd edək ki, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2019-cu il tarixli Sərəncamına əsasən 41 şəhər və rayonun 254 yaşayış məntəqəsində, o cümlədən Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu və Qasımbəyli kəndlərində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması  üçün ümumilikdə 2 subartezian quyusu qazılmışdır.

 

Keçidlər