Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan Şəhər İcra Hakimiyyəti başçısının yerlərdə səyyar görüşləri davam edir

26 dekabr 2019 | 07:15

25 dekabr 2019-cu il tarixində Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı cənab Vüqar Novruzov  vətəndaşlarla növbəti səyyar görüşünü şəhərin 1, 2, 3, 4 və 5  nömrəli çoxmənzilli yaşayış binalarının sakinləri ilə  keçirib.
     Təşkil olunan  görüşdə Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul işçiləri, ŞİHB-nin 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Şəhər  Bələdiyyəsinin  sədri, xidmət təşkilatlarının rəhbərləri  və sözügedən binaların sakinləri iştirak ediblər.
    Səyyar qəbulda şəhər rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə ətraflı məlumat verib və  qeyd edib ki, ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən belə görüşlərin əsas məqsədi sakinlərin problemlərini öyrənmək və tez bir zamanda həllinə nail olmaqdır.
    Ayrı-ayrı sahələrə dair şəhər sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlərin  bəziləri yerində həll edilmiş, digər müraciətlərin həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir.
     Sakinlər   onlara   göstərilən   diqqət  və   qayğıya   görə   cənab   Prezident  İlham   Əliyevə  və Birinci Vitse-Prezident  Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirərək ölkə başçısının həyata keçirdiyi  institusional  və kadr dəyişikliklərinin ölkəmizə müsbət dəyişikliklər gətirdiyini vurğulayıblar.

 

Keçidlər