Naftalan Şəhər İcra Hakimiyyəti başçısı Vüqar Novruzov şəhid ailəsini evində ziyarət edib
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov şəhid qardaşlar Mehman və Vaqif Bayramovların ailəsini evində ziyarət edib və qarşıdan gələn “Yeni il” bayramı münasibəti ilə onları təbrik edib.
İcra başçısı bildirmişdir ki, şəhidlərimizin fədakarlığı xalqımızın qəlbində daim yaşayacaq, gələcək nəsillər üçün qəhrəmanlıq məktəbi olacaqdır. Şəhid adını uca tutmaq isə hamımızın vətəndaşlıq borcudur.
Görüşün sonunda şəhid ailəsinə bayram sovqatı təqdim olunub. Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə - cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildiriblər.
Şəhidin atası Dilqəm Bayramov şəhər rəhbərinin onlarla görüşməsini, təbrik etməsini şəhid ailələrinə olan qayğının ən bariz nümunəsi kimi qiymətləndirib.