Yeni Azərbaycan Partiyasının fəal gəncləri ilə görüş keçirilib
Naftalan şəhər İcra Hakimiyyətində Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci il dönümü ilə əlaqədar Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov partiyanın bir qrup fəal gənci ilə görüş keçirib.
Təşkil olunan görüşdə YAP Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev, YAP Naftalan şəhər təşkilatının Gənclər Birliyinin sədri Kənan Balacayev və şəhər İcra Hakimiyyətinin məsul işçilərinin fəal üzvləri və gənclər iştirak edib.
Tədbiri giriş sözü ilə açan şəhər İcra Hakimiyyətinin başçısı Yeni Azərbaycan Partiyasının yaranmasının 21 illiyi münasibətilə gəncləri təbrik etdi, Yeni Azərbaycan Partiyasının 21 il ərzində ümumxalq partiyasına çevrildiyini, Azərbaycanın inkişaf naminə çalışdığını gənclərin diqqətinə çatdırdı. Eyni zamanda Partiyanın qurucusu ulu öndər Heydər Əliyevin Azərbaycanda apardığı demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətini formalaşdırması istiqamətində apardığı siyasətdən, ölkəmizin həyatında gənclərin rolundan danışdı. Bu gün də bu siyasət ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab İlham Əliyev xalq arasında böyük nüfuzu inam və etimadı, dövlətə və millətə xeyirli, gərəkli işləri ilə qazanıb. Ona görə hər bir vətəndaş kimi bizimdə borcumuzdur ki, istedadlı, bacarıqlı gəncləri aşkar edək və onların öz qabiliyyətlərini inkişaf etdirmələri üçün şərait yaradaq.
Daha sonra YAP Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi bir zərurət olduğunu, ümummilli məsələlərin həllində yaxından iştirakından danışdı.. Bildirildi ki, görkəmli dövlət xadimi, Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri də onun ölkənin ali rəhbərliyinə qayıtdıqdan dərhal sonra unudulmuş, başlı-başına buraxılmış gənclər siyasətini canlandırması oldu.
Sonda gənclərin təklifləri, onların qaldırdıqları problemlər dinlənildi, müzakirələr aparıldı. Müəyyən məsələlərlə əlaqədar onlara müvafiq tövsiyələr verildi.