Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Qaşaltı Qaraqoyunlu kəndində səyyar qəbul keçirib
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı cənab Vüqar Novruzov növbəti səyyar görüşünü Qaşaltı Qaraqoyunlu kənd sakinləri ilə keçirib.
Qaşaltı Qaraqoyunlu kənd Mədəniyyət Evində təşkil olunan görüşdə Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul işçiləri,ŞİHB-nin Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi,kənd Bələdiyyəsinin sədri, hüquq mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Görüşdə şəhər rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə ətraflı məlumat verdi və qeyd etdi ki, ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən belə görüşlərin əsas məqsədi sakinlərin problemlərini öyrənmək və onların operativ şəkildə həllinə nail olmaqdır.
Səyyar qəbul zamanı kənd sakinləri onları narahat edən məsələlər şəhər rəhbərinin nəzərinə çatdırıblar. Səsləndirilmiş hər bir müraciətə aydınlıq gətirilmiş, bəzi məsələlər yerində həllini tapmış, müəyyən vaxt tələb edən digər müraciətlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Görüşün sonunda kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.