Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı şəhid anasını evində ziyarət etdi
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı cənab Vüqar Novruzov şəhərin V.Quliyev küçəsində yaşayan şəhid anası Fatma Əliyevanı evində ziyarət edib və qarşıdan gələn “Yeni il” bayramı münasibətilə onu təbrik edib.
Şəhid anası oğlunun adının əbədiləşdirilməsi üçün yaşadığı küçəyə şəhid oğlu Ayaz Zeynalovun adının verilməsinə köməklik göstərilməsini xahiş etmişdir.
İcra başçısı bildirmişdir ki, şəhidlərimizin adını uca tutmaq, əbədiləşdirmək, onların ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcu, müqəddəs vəzifəsidir.Bu işlə bağlı da müvafiq tədbirlərin görüləcəyini şəhid anasının diqqətinə çatdırdı.
Görüşün sonunda şəhid ailəsinə bayram sovqatı təqdim olunmuşdur. Şəhid anası Fatma Əliyeva şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə - cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib. Şəhər rəhbərinin bu gün ona baş çəkməsini, təbrik etməsini şəhid analarına olan qayğının ən bariz nümunəsi kimi qiymətləndirib.