Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərinin turizm inkişaf planı təqdim olunub

11 dekabr 2019 | 16:00

 Naftalan Şəhər İcra Hakimiyyəti, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun birgə təşkilatçılığı ilə Naftalan şəhərinin turizm inkişaf planı təqdim olunub.
     Təqdimatda Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı cənab Vüqar Novruzov, Dövlət Turizm Agentliyinin sədri cənab Fuad Nağıyev, Azərbaycan Turizm Bürosunun sədri cənab Floraian Sengstschimid və məsul şəxslər iştirak ediblər.
    Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzərək Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.Sonra qonaqlar Heydər Əliyev Mərkəzində  olub,Ümummilli Liderin həyat və siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərini əks etdirən fotostendlərə baxıblar.
    Naftalan Şəhər İcra Hakimiyyətinin akt zalında davam edən tədbiri Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı cənab Vüqar Novruzov açaraq Naftalanın turizm potensialı və şəhərdə fəaliyyət göstərən sağlamlıq və istirahət mərkəzləri barədə ətraflı məlumat verib.
     Bildirib ki,  Azərbaycan  müstəqillik  əldə  etdikdən  sonra,  xüsusən də son illər respublikanın bütün şəhərləri kimi, Naftalan da öz inkişafının yeni mərhələsini yaşayır. Bu inkişafın təməlində Ulu Öndər Heydər Əliyevin əsasını  qoyduğu, Prezidenti cənab İlham Əliyevin  uğurla  davam  etdirdiyi  siyasət dayanır. Sahibkarlığın inkişafı ölkə rəhbərliyi  üçün həmişə prioritet məsələlərdən olub. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkədə  turizm, mədəniyyət və incəsənətə verdiyi dəyər də bizə stimul verir ki, biz daha yaxından bu işlə məşğul olaq.
    Hazırda şəhərdə üçü 5 ulduzlu olmaqla 12 sanatoriya fəaliyyət göstərir. Eyni zamanda tikintisi başa çatdırılmış yeni Avtovağzal Otel Kompleksi, “Naftalan Hotel & Spa” və tikintisi dəvam etdirilən 3 yeni hotel-sanatoriya yaxın vaxtlarda şəhərin turizm potensialına öz töhfəsini verəcək.
      Qeyd edib ki, Naftalan turizmdən gələn gəlirlər hesabına 2016-ci ildən öz gəlirləri hesabına ödənilən 6 rayon və şəhərlərin siyahısına daxil edilib. Cari ildə şəhərə 37 minə yaxın turist gəlib ki, onların da 11 mindən çoxu dünyanın 61 ölkəsinin vətəndaşı olub.
     Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı cənab Vüqar Novruzov vurğulayıb ki, Turizm Agentliyinin bu işə qoşulması həm şəhərdə turizmin inkişafında, həm də ümumilikdə Azərbaycana gələn turistlərin sayında mühüm rol oynaya bilər.
     Tədbirdə çıxış edənlər bildiriblər ki, müalicəvi Naftalan nefti ilə sağlamlıq turizmi istiqamətində inkişaf etmiş şəhəri müasir kurort mərkəzinə çevirmək və beynəlxalq turizm mərkəzi kimi inkişaf etdirmək qarşıdakı əsas vəzifələrdəndir.
     Tədbir çərçivəsində Azərbaycan Turizm Bürosunun tabeliyində fəaliyyət göstərən Gəncə Destinasiya Menecmenti Təşkilatının Naftalanda təsis edilmiş nümayəndəliyinin də təqdimatı olub.Sonra qonaqlar  Garabag Resort & SPA  otelinə  gedərək burada  naftalan nefti ilə aparılan müalicə prosedurları ilə yaxından tanış olublar.

 

Keçidlər