Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov vətəndaşlarla ilk qəbulunu keçirdi.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı cənab Vüqar Novruzov dekabrın 9-da vətəndaşlarla ilk qəbulunu keçirib.
Şəhər sakinlərinin, idarə, təşkilat və xidmət sahələri rəhbərlərinin iştirakı ilə keçirilmiş ilk qəbulda müxtəlif sosial kateqoriyalardan olan 40 nəfərədək vətəndaşın müraciəti dinlənilmişdir.
Sakinlər tərəfindən səsləndirilmiş müraciətlər müxtəlif sahələri əhatə etmiş və hər bir problemin həllinə fərdi olaraq yanaşılmışdır.
Dinlənilmiş çoxsaylı müraciətlərin bir qismi yerində həllini tapmış, digər müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülmüş və tez bir zamanda həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verilmişdir.
Sonda şəhər rəhbəri respublikada aparılan sosial-iqtisadi islahatlardan,cənab Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrdən və Naftalan kurort şəhərinin daha da inkişafı üçün görüləcək işlərdən söz açıb.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vətəndaşların xüsusi olaraq diqqətinə çatdırmışdır ki,sakinlərin qaldırdıqları hər bir problemə diqqətlə yanaşılacaq, onların həlli üçün qəti qərarlar qəbul ediləcəkdir.
Qəbula gələn sakinlər Naftalana və naftalanlılara göstərdiyi dəstək və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlar ediblər.