Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 3000 ağac əkilib.

06 dekabr 2019 | 16:00

  Azərbaycanın dahi şairi və mütəfəkkiri İmadəddin  Nəsiminin  650  illik yubileyi  münasibətilə  Birinci  vitse-prezident  Mehriban  xanım  Əliyevanın  bir gündə 650 min ağac əkilməsi təşəbbüsü ilə 06 dekabr  2019-cu  il  tarixdə  respublikamızda,  o  cümlədən  Naftalan  şəhərində  Şəhər  İcra  Hakimiyyətinin  başçısı  cənab Vüqar Novruzovun iştirakı ilə genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.
     Şəhər sakinləri yaşıllıqların artmasına töhfə verəcək və ekoloji mühitin yaxşılaşdırılmasına yönəlmiş bu nəcib təşəbbüsə həvəslə qoşulublar.
       Aksiya şəhərin Ş.Qurbanov, Z.Tağıyev, İ.Nəsimi küçələrində, Ş.Qurbanov küçəsi ilə Z.Tağıyev küçələrinin kəşisməsində, Şirvan prospektində və  S.Vurğun parkında keçirilib. Milli ruhda musiqi nümunələrinin səsləndirildiyi aksiyada şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və xidmət təşkilatlarının kollektivləri tərəfindən, ümumilikdə 3000 ədəd eldar şamı, tuya və çinar ağacı əkilib. Əkilən ağaclar insanların sağlamlığına müsbət təsir göstərməklə yanaşı, kurort şəhəri Naftalanın ümumi mənzərəsinə yeni çalarlar əlavə edib.
      Şəhər rəhbəri əkilən ağacların mühafizəsi və onlara mütəmadi qulluq göstərilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib
      Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il “Nəsimi ili” elan olunub.

 

Keçidlər