III Bakı Beynəlxalq Humanitar Forumun iştirakçıları Naftalanda
04 noyabr 2013 | 16:00
III Bakı Beynəlxalq Humanitar Forumun iştirakçılarından bir qrupunun bölgələrə səfərləri çərçivəsində Forumun 135 üzvü 03 noyabr 2013-cü il tarixdə Naftalanda olublar. Səfərin məqsədi kurort şəhəri olan Naftalanla tanışlıq xarakteri daşıyıb. Qonaqları Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov qarşılayıb. Daha sonra qonaqlar “Chinar Hotel & Spa Naftalan” və “Qaşaltı sanatoriyası” ilə tanış olub və burada yaradılan şəraitdən öz məmnunluqlarını bildiriblər.