Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində “5 dekabr-Beynəlxalq Könüllülər Günü” münasibətilə tədbir keçirilib.

03 dekabr 2019 | 16:00

 03 dekabr 2019-cu il tarixdə Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində “5 dekabr- Beynəlxalq Könüllülər Günü” münasibətilə tədbir keçirilib.Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin nümayəndələri, şəhərin idarə, müəssisə, təşkilat  rəhbərləri, könüllülər və fəal gənclər  iştirak ediblər.
      Tədbiri  giriş sözü ilə açan Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini Afət Cabbarova “5 dekabr- Beynəlxalq  Könüllülər Günü” münasibətilə Könüllüləri təbrik edib və onlara gələcək işlərində uğurlar arzulayıb.
      Sonra Naftalan şəhər İcra Hakimiyyəti Başçısı aparatında ictimai- siyasi və humanitar məsələlər üzrə işin aparıcısı-baş məsləhətçi Afət Mustafayeva çıxış edərək qeyd edib ki, gənclər siyasətini prioritet istiqamət olaraq müəyyən etmiş, gənclərin hərtərəfli inkişafı, onların milli-mənəvi dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyəsi məsələsini daim diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Respublikamızda könüllülük hərəkatının genişləndirilməsi, dövlət qurumlarında könüllü qruplarının təsis edilməsi və dəstəklənməsi ilə bağlı çağırışları, son illərdə Respublikamızda keçirilən irimiqyaslı beynəlxalq tədbirlərdə könüllülərin yaxından iştirak etməsi, müvafiq qanunvericilik bazasının yaradılması ölkəmizdə könüllülük hərəkatının geniş vüsət almasına şərait yaradıb.
     Sonda Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatı Gənclər Birliyinin sədri Ayxan Əsgərov çıxış edərək “5 dekabr-Beynəlxalq  Könüllülər Günü” nün tarixi mövzusunda çıxış edərək iştirakçılara geniş məlumat verib.

Keçidlər