Şriftin ölçüsü :

Saytın rəngi :

Rumıniyanın “Ultima ora” qəzeti Naftalan nefti barədə məqalə yayıb

02 dekabr 2019 | 16:00

   Rumıniyanın “Ultima ora” (Son saat) qəzeti Naftalan nefti barədə AZƏRTAC-a istinadən məqalə yayıb. Məqalədə Naftalan neftinin müalicəvi əhəmiyyətindən bəhs edilir. Qeyd olunur ki, Azərbaycanın şimal-qərbində yerləşən Naftalan şəhərində yerləşən müalicə obyektləri xam neftdən istifadə etmələri ilə məşhurdur. Məqalədə Naftalanda istifadə olunan neft vannalarının müalicəvi keyfiyyətindən danışılır, revmatik poliartrit xəstəliyinin müalicəsi üçün faydalı olduğu diqqətə çatdırılır.

Keçidlər