Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan payızda sağlamlıq istirahəti üzrə MDB lideridir.

20 noyabr 2019 | 16:00

“TurStat” turizm portalı MDB ölkələrində sağlamlıq və balneoloji istirahət üzrə payız aylarında kurortların reytinqini təqdim edib.
    Rusiyalı turistlərin bu mövsümdə ən çox istirahət etdikləri ölkələr Belarus, Azərbaycan, Qazaxıstan, Moldova də digərləridir.
   Belarusdakı Naroç gölü, Azərbaycandakı Naftalan, Qazaxıstandakı Burabay, Moldovadakı Kalaraş kurortları 2019-cu il payız mövsümündə MDB məkanında ən populyar istirahət məkanları siyahısına daxil edilib.
     “TurStat” turizm portalının məlumatına görə, payız mövsümündə MDB kurortlarında istirahət müddəti 10-14 gündür. Turistlər qidalanma və müalicə də daxil olmaqla bir gündə 3 mindən 3,5 min rus rubluna qədər pul ödəyirlər.
     Reytinqin tərtib olunmasında MDB ölkələrinin sağlamlıq və balneoloji kurortlarında payız istirahətinin təhlili əsas götürülür.

Keçidlər