Naftalanda qanvermə aksiyası keçirilib.
04 oktyabr 2019 | 16:00
04 oktyabr 2019-cu il tarixdə Naftalan şəhər Mərkəzi Xəstəxanasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu nəzdində Mərkəzi Qan Bankının təşəbbüsü ilə qanvermə aksiyası keçirilib. Aksiyaya Naftalan şəhər İcra Hakimiyyətinin,şəhərin idarə, müəssisə və təşkilatlarının kollektivləri, hüquq mühafizə orqanlarının əməkdaşları, eləcə də şəhər sakinləri qoşulublar.
Qanvermə aksiyasına səhər saatlarından start verilib. Qanvermə zamanı ilk növbədə donorların sağlamlıq durumu yoxlanılıb.
Qan vermək üçün müraciət edənlərin 71 nəfərindən qan götürülüb.