Şriftin ölçüsü :

Saytın rəngi :

Vergilər nazirinin birinci müavini Naftalanda vətəndaşları qəbul edib

26 avqust 2019 | 16:00

Avqustun 23-də Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov Naftalan şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində vətəndaşları qəbul edib.
  Qəbulda Goranboy, Göygöl, Samux, Daşkəsən, Kəlbəcər rayonları, habelə Gəncə və Naftalan şəhərlərindən olan sakinlər iştirak ediblər. Qəbula gələn vətəndaşlar, əsasən, vergi qanunvericiliyi və inzibatçılığının tətbiqi, vergilərin hesablanması və ödənilməsi, vergi nəzarəti tədbirlərinin nəticələri, uçot, vergi orqanlarında işlə təminat və digər məsələlərlə bağlı müraciət ediblər.
  Vətəndaşların müraciətləri dinlənilib, bəziləri yerindəcə həll olunub, digər məsələlər barədə nazirliyin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.

 

Keçidlər