Şriftin ölçüsü :

Saytın rəngi :

Qaşaltı Qaraqoyunlu kənd sakinləri ilə görüş keçirildi.

27 sentyabr 2013 | 15:00

Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov növbəti səyyari görüşünü şəhərin Qaşaltı Qaraqoyunlu kəndinin sakinləri ilə keçirdi. Səyyari görüşdə şəhər rəhbəri ilə yanaşı, şəhər icra hakimiyyətinin məsul işçiləri, kənd icra nümayəndəsi, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri də iştirak edirdi.
   Görüşdə şəhər İcra Hakimiyyətinin başçısı sakinlərin problemlərini dinlədi.
Qəbula gələn vətəndaşlar pay torpağının suvarılması üçün  avtomobil yoluna dəmir borunun salınmasına, şəhərə yeni su xəttinin çəkilişi ilə əlaqədar pay torpağında aparılan  qazıntı işləri zamanı yığılıb qalmış torpağın götürülməsinə, həyətyanı torpaq sahəsinin suvarılmasına köməklik göstərilməsini xahiş etdilər. Bir nəfər  Qarabağ müharibəsi əlili əlil olduğunu nəzərə alaraq ona fərdi yaşayış evinin tikintisi üçün əlavə torpaq sahəsinin ayrılmasını istəmişdir.
   Qəbulda qeyd olunan məsələlərin həll olunması məqsədilə aidiyyatı üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə konkret tapşırıqlar verilmişdir.
    Daha sonra şəhər İcra Hakimiyyətinin başçısı qarşıdan gələn prezident seçkiləri barədə danışdı. O, çıxışında qeyd etdi ki, biz  seçki  gününü  səbirsizliklə  gözləyirik.  Ona görə  ki,   məhz  həmin  gün öz   vətəndaşlıq  borcumuzu  yerinə  yetirəcək,   növbəti  5 il  üçün inandığımız,  həyatımızı,  taleyimizi, gələcəyimizi  təmin  edə biləcək  namizədə  səs verəcəyik. Naftalanda   növbəti  prezident  seçkilərinə  hazırlıq  tədbirləri  yüksək   səviyyədədir. Bu barədə də vətəndaşları maraqlandıran suallar cavablandırıldı.

Keçidlər