Şriftin ölçüsü :

Saytın rəngi :

Almaniyanın “Zeit Online” qəzeti Naftalan neftinin müalicəvi əhəmiyyətindən yazır.

22 iyul 2019 | 16:00

Almaniyanın “Zeit Online” qəzetində "Sağlamlıq üçün neft vannası qəbul etmək" adlı məqalə dərc olunub.
   Məqalədə Naftalan neftinin müalicəvi əhəmiyyətindən bəhs edilir.
   Azərbaycanın şimal-qərbində yerləşən Naftalan şəhərinin xam neftdən müalicəvi istifadəyə görə məşhur olması barədə məlumat verilir.
   Yazıda Naftalanda müalicə olunan insanların fikirlərinə də yer verilib. Rusiyadan gəlmiş 60 yaşlarında bir qadının Naftalanda neft vannası qəbul etdiyini və bunun ağrı verən revmatik poliartrit xəstəliyinin müalicəsi üçün faydalı olduğunu bildirir. O, 38 dərəcə istiliyi olan neft vannası qəbul edərkən özünü çox yaxşı hiss etdiyini vurğulayır. Neft vannasının 10 dəqiqə ərzində qəbul olunduğu qeyd edilir.

 

Keçidlər