Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda bioloji tipli tullantı sutəmizləyici qurğu inşa edilir

13 iyun 2019 | 16:00

  Naftalanda məhsuldarlığı sutkada 6 min kubmetr layihələndirilən bioloji tipli tullantı sutəmizləyici qurğu inşa olunur.
       Kurort şəhəri sayılan Naftalanda məhsuldarlığı sutkada 6 min kubmetr layihələndirilən bioloji tipli tullantı sutəmizləyici qurğu inşa edilir. Birinci mərhələdə qurğunun 3 min kubmetr emal gücü olan hissəsi istismara veriləcək. Hazırda qurğuda tikinti işləri yekunlaşmaq üzrədir və yaxın vaxtlarda avadanlıqların quraşdırılmasına başlanılacaq. Tullantı sutəmizləyici qurğunun inşası bu ilin sonunadək başa çatdırılacaq.
    Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə həyata keçirilmiş layihə çərçivəsində Naftalan şəhərində 36,8 kilometr içməli su şəbəkəsi yaradılıb və 10 min nəfər dayanıqlı içməli su ilə təmin olunub. Şəhərdə 39,4 kilometr kanalizasiya şəbəkəsi və tullantı sularının təmizləyici qurğuya nəqli məqsədilə 1,8 kilometr uzunluğunda kanalizasiya kollektoru inşa edilib. Layihə çərçivəsində 3200 nəfərin yaşadığı Qasımbəyli və Qaşaltı Qaraqoyunlu kəndlərinə də içməli suyun verilməsi təmin edilib. Eyni zamanda, Naftalan Sukanal İdarəsi üçün müasir tipli yeni inzibati bina tikilib. Tullantı sutəmizləyici qurğu istismara verildikdən sonra Naftalan şəhərində su və kanalizasiya infrastrukturunun yenidən qurulması işləri tam yekunlaşacaq.

Keçidlər