Şriftin ölçüsü :

Saytın rəngi :

“5 iyun - Meliorasiya və Su Təsərrüfatı işçilərinin peşə bayramı günü” münasibətilə tədbir keçirilib

03 iyun 2019 | 16:00


    03 iyun 2019-cu il tarixdə Naftalan şəhərində Azərsu ASC-nin 7 saylı Regional Su-kanal idarəsinin təşkilatçılığı ilə “5 iyun - Meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı günü”  münasibətilə tədbir keçirilib.Tədbirdə  Naftalan Şəhər İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov, Azərsu ASC-nin 7 saylı Regional Su-kanal idarəsinin rəisi Xəqani Vəliyev, Naftalan, Yevlax, Goranboy, Xocalı, Göygöl, Samux, Daşkəsən və Kəlbəcər Su-kanal sahələrinin rəisləri və nümayəndələri, şəhərin idarə və müəssisələrinin rəhbərləri iştirak ediblər.
    Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstəsi düzərək xatirəsini dərin ehtiramla yad ediblər.
   Heydər Əliyev Mərkəzində davam edən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.Tədbiri Azərsu ASC-nin 7 saylı Regional Su-kanal idarəsinin rəisi Xəqani Vəliyev açaraq “Azərsu” ASC-nin fəaliyyəti və 7 saylı Regional Su-kanal idarəsinin ərazisində görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.
    Sonra  Naftalan Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov çıxış edərək Meliorasiya və su təsərrüfatı işçilərini peşə bayramları münasibətilə təbrik edib. Arzu Məmmədov cənab Prezident İlham Əliyevin 14 may 2014-cü il tarixli Sərəncamı ilə hər il iyunun 5-nin “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi təsis edildiyini qeyd edib. Bildirib ki, ulu öndər Heydər Əliyevin ölkədə meliorasiya və su təsərrüfatının inkişafına göstərdiyi diqqət və qayğı hazırda onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.
    Tədbirdə həmçinin,Kəlbəcər rayon Su-kanal sahəsinin rəisi Şaban Qurbanov, Goranboy rayon Ağsaqqallar Şurasının sədri Tarıyel Abbasov da çıxış ediblər.
    Tədbirin sonunda işində fərqlənən meliorasiya və su təsərrüfatı işçilərinə Naftalan Şəhər İcra Hakimiyyəti və Azərsu ASC tərəfindən fəxri fərmanlar təqdim edilib.

Keçidlər