1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü Körpələr evi-Uşaq bağçasında qeyd olunub.
31 may 2019-cu il tarixdə Naftalan şəhər V.Namazov adına Körpələr evi-Uşaq bağçasında 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edənlər qeyd ediblər ki,tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən öndə vəzifələrindən biri hesab edib. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunub.
Sonra Körpələr evi-Uşaq bağçasında balaca fidanların hazırladığı bayram konserti keçirilib. Uşaqların hazırladığı proqram tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Uşaqlardan ibarət rəqs qrupları, şən və hazırcavab balacalar çıxış edərək şeirlər və mahnılar səsləndiriblər.