“28 May-Respublika günü” münasibətilə şəhərin tam orta məktəblərində silsilə tədbirlər keçirilib.
“28 may Respublika Günü” münasibəti ilə şəhərin tam orta məktəblərində silsilə tədbirlər keçirilib. Bu gün münasibəti ilə məktəblərdə divar qəzetləri buraxılmış, dəyirmi masalar, inşa yazıları, rəsm, şeir müsabiqələri , kompozisiyalar təşkil edilib, bayram tədbirləri keçirilib.
Tədbirlərdə çıxış edənlər bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil dövlətimizə beynəlxalq səviyyədə verilən yüksək dəyəri, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf edən Azərbaycan dövlətinin hazırda beynəlxalq arenada nəinki öz maraqlarını, eləcə də strateji müttəfiqlərinin də maraqlarını müdafiə etmək gücündə və iqtidarında olduğunu xüsusi qeyd ediblər.
Natiqlər cəmi 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın ictimai fikir tarixində, Azərbaycan xalqının dövlət suverenliyinin bərpası yolunda layiqli yer tutduğunu vurğulayıblar.